Bakı. 2 oktyabr. REPORT.AZ/ İndoneziyada 13 turist vulkan püskürməsindən sonra itkin düşüb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, turistlər Barudjar vulkanının püskürməsindən sonra yoxa çıxıblar. Onların arasında xarici ölkə vətəndaşları da var.
"Turistlərin çoxu ərazidən təxliyə edilib. Lakin 13 turist hələ də geri qayıtmayıb" – deyə xilasetmə xidmətinin rəhbəri Aqunq Pramudja bildirib.
Qeyd edək ki, İndoneziyanın Lombok adasındakı Barudjar vulkanı çərşənbə axşamı püskürüb. Bu səbəbdən də ərazidən 1,1 min nəfər təxliyə edilib.
Vulkanın külü 2 kilometr yüksəkliyə atması səbəbindən bu əraziyə hava reysləri müvəqqəti olaraq təxirə salınıb.