Roma Papası Bakıya gəlir

Roma Papası Bakıya gəlir
08:19 2 Oktyabr 2016
138 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Roma Papası Fransiskin Azərbaycana birgünlük səfəri baş tutacaq.

 

APA-nın xəbərinə görə, səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək.

 

Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.  Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

 

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

 

Bundan başqa, Fransisk “Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək.

 

Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR