Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Qəbələ"yə qarşı

"Qarabağ" "Qəbələ"yə qarşı

Date: 2 October 2016 09:42

Bu gün Topaz Premyer Liqanın 7-ci turuna yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması son oyun gününə təsadüf edir.

Lider "Qəbələ" son üç mövsümün qalibi olan "Qarabağ"ı qəbul edəcək.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan bu komandaların oyunu maraqla gözlənilir.

Hazırda turnir cədvəlində 3-cü olan Ağdam klubu qalib gələrsə, xalını "Qəbələ" ilə bərabərləşdirəcək və şəxsi oyuna görə ilk pillədə qərarlaşacaq.

Roman Qriqorçukun komandası isə qələbə sayəsində "Qarabağ"la xal fərqini altıya çatdıra bilər.

Qeyd edək ki, bu oyunla Premyer Liqada ilk dövrə başa çatacaq.

2 oktyabr

Topaz Premyer Liqası

VII tur

19:00 "Qəbələ" - "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
Qəbələ şəhər stadionu

1 oktyabr

19:00 "Neftçi" - "Kəpəz" - 2:0 
Qollar: Denelson Fereyra, 14 (1:0), Katalin Tira, 90+3 (2:0)

17:00 "Sumqayıt" - AZAL - 1:1 
Qollar: İlqar Ələkbərov, 9 (0:1), Mirabdulla Abbasov, 83 (1:1)

30 sentyabr

15:00 "İnter" - "Zirə" - 1:1 
Qollar: Ağabala Ramazanov, 22 (1:0), Viktor İqbekoyi, 90+1 (1:1)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

6

5

1

0

17-0

16

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

6

4

1

1

15-3

13

4

Sumqayıt

7

2

2

6

6-9

8

5

Kəpəz

7

1

4

2

6-8

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

7

2

0

5

6-16

6

8

AZAL

7

0

2

5

3-18

2

Bombardir: Baqali Dabo ("Qəbələ") - 6 qol

Milli.Az


Tags:  Qarabağ Qəbələyə qarşı


RƏYLƏR


Top news