Ukraynada qətlə yetirilmiş azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirilib - FOTO

Ukraynada qətlə yetirilmiş azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirilib - FOTO
09:47 2 Oktyabr 2016
486 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynada bıçaqlanaraq qətlə yetirilən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib.

Milli.Az report.az-a istinadən bildirir ki, Krımın Simferopol şəhərində təhsil alan Məhəmməd Amil oğlu Səfərəliyevin nəşi bu gün səhər saatlarında yaxınlarının iştirakı ilə doğulduğu Zaqatalanın Yuxarı Tala kəndinə aparılıb.

Tələbənin qohumlarının əməkdaşımıza verdiyi məlumata görə, bir neçə gün öncə Məhəmməd Səfərəliyevin qardaşı, dayısı və digər qohumu nəşi gətirmək üçün Krıma yollanıblar və oradan xüsusi avtomobil sifariş veriblər. İki gün öncə səhər isə oradan Azərbaycana yola düşüblər.

22 yaşlı Məhəmməd Səfərəliyev bu gün Zaqatalanın Yuxarı Tala kənd qəbristanlığında dəfn olunacaq.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR