"O paltarları kasıblara verəcəyəm" - FOTO

"O paltarları kasıblara verəcəyəm" - FOTO
10:32 2 Oktyabr 2016
764 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türk müğənni Ece Seçkin bir klubda səhnəyə çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnədə geyindiyi kostyumdan danışan ifaçı onu gündəlik həyatında da istifadə edəcəyini söyləyib:

"Mən bu geyimi seçmədən öncə başqa bir paltar bəyənmişdim. Hər şey hazır idi. Lakin İnstaqrama girəndə indi geyindiyim paltarın şəkillərinə rast gəldim. Gördüm ki, hamı geyinib. Mən də həmin an fikrimi dəyişdim və bunu seçdim".

Geyimlərə çox pul xərclədiyini deyən müğənni, qarderobunda həddindən artıq paltarın yığıldığını bildirib:

"Gələcəkdə o paltarları kasıblara verəcəyəm".

Qeyd edək ki, E.Seçkin "Adeyyo" mahnısı ilə populyarlaşıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR