Sahibkar Leyla Əhmədova ona külli miqdarda ziyan vurulması ilə bağlı məhkəməyə şikayət edib

Sahibkar Leyla Əhmədova ona külli miqdarda ziyan vurulması ilə bağlı məhkəməyə şikayət edib
10:37 2 Oktyabr 2016
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 oktyabr. REPORT.AZ/  Sahibkar Leyla Əhmədova hüquqlarının pozulması ilə bağlı məhkəməyə şikayət edib. “Report” xəbər verir ki, Leyla Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlundan və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb. Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə Leyla Əhmədova arasında əldə olunan razılaşmaya əsasən icarədar obyektə təmir işləri aparmağı və sonrakı dövrdə təmirə xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş. L.Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb: “Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
L.Əhmədova bildirib ki, mülk sahibi ilə aralarındakı problem orada fəaliyyətə başladıqlarından 3 ay sonra yaranıb. Belə ki, obyekt sahibi müxtəlif bəhanələrlə mülkün işığını söndürüb, qazı, suyu kəsib, kanalizasiya xəttini bağlatdıraraq obyektin işləməsinə imkan verməyib və icarədara külli miqdarda ziyan vurub. O bildirib ki, obyektin icarə müqaviləsinin rəsmi dövlət orqanlarında rəsmiləşdirilməsi zamanı da N.Ağayev saxtakarlığa yol verib. Belə ki, əvvəllər mülk sahibinin həmin binada 2 mənzili olub. Bu mənzillərin ümumi sahəsi isə 108 kvadrat metrdir: “9 nomrəli natariusda müqavilə rəsmiləşdirilən zaman N.Ağayev həmin 2 mənzilin kupçasını təqdim edib və qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi göstərib. Amma bizimlə imzaladığı müqavilədə 1800 kvadrat metrdir”.
L.Əhmədova bildirib ki, N.Ağayevin yol verdiyi ən böyük saxtakarlıq isə icarəyə dair müqavilə ilə bağlı olub: “Biz əvvəlcədən belə razılaşmışdıq ki, müqavilə təmir yekunlaşandan və biz burada fəaliyyətə başlayandan sonra imzalansın. Amma N.Ağayev öz maraqlarına uyğun müqavilə hazırlayıb və bunu mənim həyat yoldaşımın işçisi olan 1 nəfər təcrübəsiz gəncə imzalatdırıb. Həmin müqavilə ilə biz tanış olandan sonra məlum oldu ki, müqavilə tamamilə N.Ağayevin maraqlarına uyğun hazırlanıb, orada qeyd olunub ki, bütün vergiləri biz ödəməliyik. Bu isə icarə haqqının üstünə böyük məbləğdə əlavə pulun gəlməsi deməkdir.”
Aralarında yaranmış problem dərinləşdikcə orada fəaliyyət göstərmək qeyri-mümkün hala gəlib. Belə bir vəziyyətdə L.Əhmədova mülk sahibinə yeni razılaşma əldə edilməsi ilə bağlı təklif verib: “Çünki artıq mülkün 2 mərtəbəsini əlimdən almışdılar. Nizami Ağayevlə imzaladığımız yeni müqaviləyə əsasən, zirzəmi və 1 mərtəbənin istifadəsinə görə, hər ay 14 min manat icarə haqqı ödəməli idim. Lakin N.Ağayev bu müqavilənin hazırlanması zamanı da saxtakarlığa yol verib və vergiləri ödəməyi mənim üzərimə qoymuşdu. Mən ölkədə baş vermiş devalvasiyaya görə, yaranmış durumu nəzərə alaraq mülk sahibindən xahiş etdim ki icarə haqqında müəyyən endirimlərə getsin, amma o, bunu etmədi. Bundan başqa binanın 2-ci və 3-cü mərtəbəsinin təmirinə xərclədiyimiz pulu da söz verməsinə baxmayaraq, geri qaytarmadı. Qeyd edim ki, bir mərtəbənin təmirinə 80 min manat, digərinə isə 67 min manat pul xərcləmişəm”.
Belə bir vəziyyətdə tərəflər arasında hüquqi müstəvidə çəkişmə başlayıb. N.Ağayev L.Əhmədovanın mülkdən çıxarılması üçün Xətai rayon məhkəməsində iddia qaldırıb. Mülk Yasamal rayonu ərazisində yerləşməsinə baxmayaraq, N.Ağayev Xətai rayon məhkəməsinə müraciət edib. Çünki L.Əhmədovanın şəriki və tərəflər arasında bağlanmış müqavilədə əsas şəxs kimi göstərilmiş Quliyev Anar Cavanşir oğlu Xətai rayon sakinidir: “Nizami Ağayev məhkəmədə iddia qaldırandan sonra biz də qarşılıqlı iddia ilə çıxış etdik və məhkəmə çəkişməsi başa çatana qədər Nizami Ağayevin bizə maneçilik törətməməsini, işimizi normal şəraitdə davam etdirilməsinə imkan yaradılmasını tələb etdik. Xətai rayon məhkəməsinin hakimi Namidar Misirzadə iddiamızı təmin etdi və bizim xeyirimizə qərar verdi. Hakimin verdiyi icarə vərəqində məhkəmə çəkişməsi başa çatana qədər Nizami Ağayevin bizə maneçilik törətməməsi, qaz, işıq, su və kanalizasiya xətlərinin açılması qeyd olunmuşdu”.
Hakim Qərardadı həyata keçirmək üçün mülkün yerləşdyi Yasamal rayon məhkəməsinə göndərib. Qərardadı həyata keçirmək məhkəmənin icraçısı Ruslan Əsgərova tapşırılmışdı: “Amma icra vərəqindəki tələbləri həyata keçirmək mümkün olmadı. Çünki Ruslan Əsgərov cavabdehlər Nizami Ağayev və Azər Lütfəliyevi tapa bilmədi. Onlar tapılıb həmin icra vərəqinə imza atmalı idilər. Sonda icraçı Ruslan Əsgərov, Nizami Ağayev və Azər Lütfəliyevin məhkəməyə zorla gətirilib icra vərəqini imzalaması haqqında vəsatət qaldırdı. Lakin Yasamal rayon məhkəməsinin hakimi Zəfər Quliyev iddianı təmin etmədi. Beləliklə, Xətai rayon məhkəməsinin icra vərəqi həyata keçirilmədi.”
Bir müddət sonra Xətai rayon məhkəməsi N.Ağayevin şikayətini təmin edib və Leyla Əhmədovanın mülkü boşaltması haqqında qərar çıxarıb. Məhkəmənin qərarına görə, L.Əhmədova gecikdirilmiş icarə haqqı kimi N.Ağayevə 270 min manat pul ödəməlidir. Məhkəmənin qərarı tamamilə əsassızdır: “Əvvəla məhkəmə mənim buraya xərclədiyim 1 milyon 100 min manat vəsaiti nəzərə almayıb. Bu iş üzrə ekspertizanın rəyi da saxtadır. Ekspertiza təmirə xərclənən məbləği 430 min manat göstərib. Amma onlar yalnız gözlə görülən hissələrdə aparılan təmir və görülən işləri qiymətləndiriblər. İşıq xətlərinin çəkilməsi, su xəttlərinin yenilənməsi və çəkilməsi kimi xərcləri ekspertlər nəzərə almayıblar. Ona görə də müstəqil ekspertiza apardıq. Ekspertiza aparan şəxslər məhkəmədə çıxış edərək dövlət ekspertizasının düzgün aparılmadığını dedilər. Amma hakim Namidar Misirzadə bunu nəzərə almadı”.
Xətai rayon məhkəməsi qərar verdikdən bir müddət sonra N.Ağayev L.Əhmədovadan mülkünü boşaltmasını tələb edib. “Mən isə dedim ki, təmirə xərclədiyim 1 milyon 100 min manatı ödə, çıxım. Amma o bununla razılaşmadı və mənə deyir ki, yalnız 250 min manat ödəyə bilərəm”, - L.Əhmədova deyib.
N.Ağayevlə L.Əhmədova arasında mülk mübahisəsinə dair ən böyük qalmaqal sentyabrın 26-da – ölkədə Konstitusiyada əlavə və dəyişiklərə dair referendum keçirilən gün baş verib. L.Əhmədovanın sözlərinə görə, səhərə yaxın N.Ağayevin öyrədib göndərdiyi şəxslər obyektə basqın ediblər: “Bilirdim ki, Nizami Ağayev zorla buranı mənim əlimdən almaq, içəridə olan əmlakımı dağıdıb məhv etmək istəyir. Ona görə də bura mühafizəçi qoymuşdum. Səhərə yaxın mühafizəçi zəng etdi ki, 15 nəfərdən ibarət dəstə obyektə basqın edib, qapını sındıraraq içəri daxil olublar. Bizim mühafizəçini də döyüb xəsarət yetirərək bayıra çıxarıblar. Mən dərhal buraya gəldim”.
Amma N.Ağayevin özəl mühafizə xidmətlərinin birindən tutduğu şəxslər qapını kəsiblər və L.Əhmədovanı içəri buraxmayıblar: “Məni içəri buraxmadılar. Binanın dam hissəsində yerləşən şaxtadan istifadə edərək içəri keçə bildim. İçəri daxil olanda min bir əziyyətlə ərzəyə gətirdiyim işdən əsər-əlamət qalmadığını gördüm. Nizami Ağayevin göndərdiyi şəxslər də içəridə idilər. Mən onlardan, onlar da məndən obyekti tərk etməyi tələb etdik. Qapıda dayandıqlarına görə, içəri heç kimi buraxmırdılar. Faktiki olaraq, məni Bakının ortasında girov götürmüşdülər. Ac-susuz təkbaşına qalmışdım və onlarla mübarizə aparırdım. Dünən məsələ mətbuata çıxandan sonra Nizami Ağayevin göndərdiyi və qapıda dayanıb heç kimi içəri buraxmayan şəxslər yoxa çıxdılar. Artıq 8 gündür ki, burada gecələyirəm. Baxmayaraq ki, buranın qazı, işığı, suyu yoxdur”.
L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub. Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb. L.Əhmədova bu məsələdə hüquq-mühafizə orqanlarının lazımi səviyyədə müdaxilə etməməyinə görə də şikayətçidir: “N.Ağayevin göndəriyi adamlar obyektə basqın edəndə polisə məlumat verdik. Dəfələrlə DİN məlumat xidməti olan 102-yə zəng etdik. Polis gəldi, lakin heç bir tədbir görmədi”.
L.Əhmədovanın vəkili Əvəz Temirxan açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin mülkün boşaldılmasına dair qərarından apellyasiya şikayəti veriblər lakin apellyasiya şikayətinə nə vaxt baxılacağı məlum deyil. O qeyd edib ki, apellyasiya şikayəti mülki iddiadır, amma N.Ağayevin sentyabrın 26-da etdiyi hərəkətlər birmənalı şəkildə cinayətdir: “O cinayət törədib. İcarədarla bağladığı müqaviləni pozub, obyektin işığını, suyunu, qazını, kanalizasiyasını kəsib. Eyni zamanda ayın 26-da xüsusi öyrədilmiş adamlar göndərərək icarədarın şəxsi vəsaiti hesabına etdiyi təmiri dağıdıb, oradan oğurluq və soyğunçuluq edib. Bundan başqa mülkün qarşısına qanunsuz olaraq mühafizə qoydurub”.
Hətta Leyla Əhmədovanın Hüquqi nümayəndəsi də içəri keçərək onunla görüşməkdə çətinliklə üzləşib: “Məni içəri buraxmadılqlarına görə, gedib əynimə ağ xalat geydim və özümü həkim kimi təqdim edərək, içəri keçib Leyla Əhmədva ilə görüşdüm”.
Leyla Əhmədovanın Hüquqi nümayəndəsi hadisə ilə bağlı Yasamal rayon 27-ci polis bölməsinə şikayət edib. Bundan başqa, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova şikayət hazırlanıb.

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Osetiyada həyəcan siqnalı - Rusiya “İskəndər”i işə saldı

26 İyul 2017 18:48

""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti

26 İyul 2017 18:47

Dostu ilə oğurlayıb 10 həftə zorladığı qadını sevdi: Rusiyadakı DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI - FOTO

26 İyul 2017 18:47

Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb

26 İyul 2017 18:47

DYP kütləvi reydlərə başladı: "AA" da saxlanıldı - FOTO

26 İyul 2017 18:47

Bərdədə avtomobil yolunun tikintisinə vəsait ayrıldı

26 İyul 2017 18:44

"Sevib evlənməmişəm..." - Ruslan Abışov - FOTO

26 İyul 2017 18:37

Erməni hərbçiləri qəzaya düşdü - 4 yaralı

26 İyul 2017 18:37

Türkiyədə toyuq fermasında 1 ton heroin tapıldı

26 İyul 2017 18:37

Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

26 İyul 2017 18:35

İsrail XİN-dən Ərdoğanla bağlı sərt BƏYANAT

26 İyul 2017 18:33

Fəxrəddin Manafov sevənləri ilə görüşəcək

26 İyul 2017 18:32

Bərdədə avtomobil yolunun tikintisinə 6,8 milyon manat ayrıldı

26 İyul 2017 18:32

Terimin istefasından sonra Türkiyə millisinə o gələ bilər

26 İyul 2017 18:27

Benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək - Britaniyada

26 İyul 2017 18:27

Bərdə rayonunun yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

26 İyul 2017 18:27

"O biri ailəsindən olan övladları ilə..." - Xalq artistinin xanımı

26 İyul 2017 18:27

Fatih Terim milli komandadan istefa verdi

26 İyul 2017 18:25

"Lapşinin İsrailə verilməsi ilə bağlı müraciətinə baxıla bilər" - Ədliyyə Nazirliyi

26 İyul 2017 18:22

Bu görüntülər böyük qalmaqal yaratdı - VİDEO - FOTO

26 İyul 2017 18:22

TAP Yunanıstanda yeni menecer təyin etdi

26 İyul 2017 18:22

Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

26 İyul 2017 18:17

Bakıda itən uşaq avtobusda tapıldı

26 İyul 2017 18:16

Əfqanıstan ordusuna siliahlı hücum: 26 ölü

26 İyul 2017 18:13

Demet dənizdən çıxmaq istəmədi - FOTOlar

26 İyul 2017 18:12

""Panatinaikos"un pley-off şansı daha çoxdur" - Yunanıstanlı futbolçu

26 İyul 2017 18:12

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər

26 İyul 2017 18:07

"Allahı çağırıb, üfürdüm burnuna..." - HƏKİMLƏR "YOX" DEYİR, ANALAR DAYANMIR...

26 İyul 2017 18:05

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO

26 İyul 2017 18:04

Sabahın MƏZƏNNƏSİ

26 İyul 2017 18:03

Cadu üçün 3 yaşlı uşağı öldürdülər

26 İyul 2017 18:03

Sergey Şoyqu: "Bir sıra dövlətlər Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır"

26 İyul 2017 18:02

Lapşinin müraciətinə baxıla bilər - RƏSMİ

26 İyul 2017 17:59

Nazir Məhəmmədov deputatın qulağını dişləyib qopardı

26 İyul 2017 17:57

Daha iki ərazi telefonlaşdırılıb

26 İyul 2017 17:56

Azərbaycanlı olduğunu danan Ququş İFŞA OLUNDU

26 İyul 2017 17:48

Ekspert: Türkiyədə dolların məzənnəsi 4 lirə həddini üstələyə bilər

26 İyul 2017 17:47

Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu

26 İyul 2017 17:47

Fatih Terimdən gözlənilməz addım - İSTEFA

26 İyul 2017 17:44

Qarabağda müharibə bu tarixdə başlanacaq - Rusiyadan VAXT AÇIQLAMASI

26 İyul 2017 17:43

Bakıda itən uşaq avtobusda tapıldı - FOTO

26 İyul 2017 17:42

TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

26 İyul 2017 17:42

Bir bakal araq içən taksi sürücüsü: "Allahın adı ilə pis iş görməmişəm..." - VİDEO

26 İyul 2017 17:42

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi

26 İyul 2017 17:42

Büstqalterdən imtina etmək üçün 4 SƏBƏB

26 İyul 2017 17:38

Ukrayna "Antonov" konsernini payızda ləğv edəcək

26 İyul 2017 17:37

AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"

26 İyul 2017 17:37

Fırıldaqçı virus proqramlarının qurbanları nə qədər pul ödəyib?

26 İyul 2017 17:35

Lapşin İsrailə ektradisiya olunmaq üçün ərizə ilə müraciət etdi

26 İyul 2017 17:32

Fatih Terim Türkiyənin milli komandasından istefa verib

26 İyul 2017 17:32