Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da etiraz aksiyası keçirilib

ABŞ-da etiraz aksiyası keçirilib

Date: 2 October 2016 12:12

ABŞ-ın Los-Anceles şəhərində polisin 18 yaşlı gənci güllələyərək öldürməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.

APA-nın "Los Angeles Times" qəzetinə istinadən verdiyi məlumata görə, aksiyaçılar polisin hakim, andlı və cəllad olmasının yolverilməz olduğunu bildiriblər.
 
Qeyd edək ki, Los-Ancelesin cənubunda iki hadisə baş verib. Bunların birində polis avtomobili təqib edib, digərində polislə atışma olub, 18 yaşlı gənc ölüb. Polis gəncin silahlı olduğunu bildirib. Hazırda bu iki hadisənin nə dərəcədə bir-biri ilə əlaqəli olduğu müəyyənləşdirilməyib. 

Milli.Az


Tags:  ABŞ-da etiraz aksiyası keçirilib

RƏYLƏR


Top news