Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
12:29 2 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə  13-15° isti, gündüz  20-22° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.  Nisbi rütubət   gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq.

Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR