Sabah ölkə ərazisində qısamüddətli yağış yağacaq

Sabah ölkə ərazisində qısamüddətli yağış yağacaq
12:32 2 Oktyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın bölgələrində oktyabr ayının 3-nə olan hava proqnozu açıqlanıb.
"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-olke-erazisinde-qisamuddetli-yagis-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR