Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
13:21 2 Oktyabr 2016
198 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR