Suriya ordusu Hələbin daha bir rayonunu azad edib

Suriya ordusu Hələbin daha bir rayonunu azad edib
14:12 2 Oktyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Suriya ordusu və kürd özünümüdafiə qüvvələri Hələb şəhərinin şimal-qərbində birgə uğurlu əməliyyat həyata keçiriblər.
"Report" xəbər verir ki, bu barədə kürd könüllülərə istinadən RİA "Novosti" məlumat yayıb.
Əməliyyat nəticəsində Şkeyf rayonu terrorçulardan azad olunub. Könüllülərin məlumatına görə, hökumət qüvvələri və onlar rayona iki tərəfdən hücuma keçiblər. Hazırda binaların terrorçulardan təmizlənməsi prosesi gedir.
Suriya ordusu Hələbin təqribən yarısına nəzarət edir. Şəhərin şərq hissəsinin terrorçulardan azad edilməsinə sentyabrın 22-də başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriya-ordusu-helebin-daha-bir-rayonunu-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR