Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xərçəngə düçar olmuş azərbaycanlı teleaparıcının FOTOLARI

Xərçəngə düçar olmuş azərbaycanlı teleaparıcının FOTOLARI

Date: 2 October 2016 15:04

İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova İnstaqram hesabında keçəl halda çəkilmiş fotosunu paylaşıb.

 

Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı şəkli məhz bu xəstəliyə düçar olan qadınlar üçün paylaşdığını bildirib:

 

“Hər gün yüzlərlə qadın mənə müraciət edir ki, saçlar sonradan bərpa olurmu? Hər şey əvvəlki kimi olurmu? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedin. Xəstəlik erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyat dolu olun, özünüzü sevin və özünüzə inanın.

 

Mən sizin hər birinizi anlayıram. Ximiyanı qəbul edəndən sonra günlərlə qaytarırsan, əsəbləşirsən, qışqırırsan, ağlayırsan... Radioterapiya edəndə yandığından əziyyət çəkirsən, özünə baxa bilmirsən... Hər səhər tüksüz başına baxıb ağlayırsan... Amma gözəl və güclü xanımlar, sonda sağalırsız. Həyat gözəldi, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə belə qırmızı dodaq boyası vurmağı unutmayın. Mən yaşadıqlarıma baxmayaraq çox xoşbəxtəm. Allaha sığının”.



Tags:  Xərçəngə düçar olmuş azərbaycanlı teleaparıcının FOTOLARI


RƏYLƏR


Top news