Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramilin baş məşqçisini istefaya çağırdılar

Ramilin baş məşqçisini istefaya çağırdılar

Date: 2 October 2016 15:07

"Trabzonspor"un uğursuz çıxışı azarkeşlərin narazılığına səbəb olub. Fanat.Az xəbər verir ki, fanatlar baş məşqçi Ersun Yanalı istefaya çağırıb.


Mövsümə uğursuz başlayan "Trabzonspor" dünən VI tur çərçivəsində "Karbükspor"un qonağı olub və 0:4 hesabı ilə yenilib. Komanda 6 turda cəmi 6 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Üstəliu baş məşqçi yeni transferlərdən yalnız Durisa, Bero və Suka start heyətində yer verib. Millimizin üzvü Ramiş Şeydayev, Onazi, Kastillo, İbanez kimi futbolçular kənarda qalıb.


Komandanı dəstəkləmək üçün Karabükə yollanan 700 nəfərlik azarkeş qrupu oyunun sonlarında Ersun Yanalı istefaya səsləyib.


Qeyd edək ki, Ersun Yanal hələlik Ramil Şeydayevə Super Liqada debüt şansı verməyib.


Fanat.Az


Tags:  Ramilin baş məşqçisini istefaya çağırdılar

RƏYLƏR


Top news