Milanda partlayış baş verib, 10 nəfər yaralanıb

Milanda partlayış baş verib, 10 nəfər yaralanıb
15:12 2 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bazar günü gecə saatlarında İtaliyanın Milan şəhərindəki barlardan birində güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 10 nəfər yaralanıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib, lakin zərərçəkənlərin vəziyyəti həyat üçün təhlükəli deyil.
Partlayış baş verən zaman müəssisə artıq bağlı olub. Zərərçəkənlərin hamısı barın birinci mərtəbəsində yerləşdiyi binanın sakinləri olub. Bundan əlavə, partlayış yanğına səbəb olub. Bina sakinləri təxliyə edilib. Bəzi zərərçəkənlər dəm qazından zəhərlənib. Yanğın tez bir zamanda söndürülüb, insanlar evlərinə geri qayıdıblar.
Polis partlayışın törədilə biləcəyini istisna etmir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/milanda-partlayis-bas-verib-10-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR