Mourinyo: "Cəzasını çəkməliydi"

Mourinyo: "Cəzasını çəkməliydi"
15:22 2 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United"in baş məşqçisi Joze Mourinyo İngiltərə futbolunda 8 mütəxəssisin korrupsiyada "ilişməsi" barədə "The Daily Telegraph" nəşrinin materialına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqal çalışdırıcı Ellardaysın istefası barədə fikirlərini də bildirib.

"Düzü, şayiələrə nifrətim var və onları qəbul etmirəm. Söz-söhbətlərlə zarafat etmək olmaz. Bu məsələ ciddidir və şayiələrə yer yoxdur. Bir şəxsin günahkar olduğunu sübut etdinizsə, heç nəyi gizlətmək lazım deyil. Semə görə təəssüflənirəm. Bu, onun arzuladığı iş idi. Amma FA və Ellardays bunun səhv olduğunu anlayıbsa, Sem cəzasını çəkməli idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR