Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulduz futbolçu ölüm ayağında

Ulduz futbolçu ölüm ayağında

Date: 2 October 2016 15:27

Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç çətin günlər yaşayır. Fanat.Az xəbər verir ki, veteran futbolçu böyrək çatışmamazlığından əziyyət çəkir.


Bir müddətdi ona uyğun böyük tapılmadığından 36 yaşlı Kalasniç indi ağır günlər keçirir. 2006-cı ildə "Verder"də çıxış edərkən böyrəklərində problem yaşayan veteran futbolçuya həmin vaxt atası donorluq etmiş və səhhəti normallaşmışdı. Xəstəlik yenidən baş qaldırdığından Kalasniçə anasının böyrəyi köçürülüb. Lakin vücudu bu orqanı qəbul etməyib. İndi onun yeni donora ehtiyacı var.


Veteran futbolçu hazırda Almaniyanın Hamburk şəhərindəki xəstəxanada həkim nəzarətindədi. Üçüncü donor tapılsa, onun yenidən sağlamlığına qovuşmaq ehtimalı var. 


Qeyd edək ki, 36 yaşlı Kalasniç karyerası ərzində Almaniyanın "Sankt Pauli", "Verder", Fransanın "Nant", İngiltərənin "Bolton" klublarında forma geyinib və 2013-cü ildə "Maynts 05"də karyerasını başa vurub. 2004-2011-ci illərdə Xorvatiya millisinə çağrılan hücumçu 41 oyunda 12 qol vurub.


Fanat.Az



Tags:  Ulduz futbolçu ölüm ayağında

RƏYLƏR


Top news