Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Donald Trampın erotik filmə çəkildiyi ortaya çıxdı

Donald Trampın erotik filmə çəkildiyi ortaya çıxdı

Date: 2 October 2016 16:12

Keçmiş kainat gözəli Alisia Maçado ilə prezidentliyə namizəd Donald Tramp arasındakı qalmaqal qızışır. A.Maçadonun bir seks kasetinin olduğunu iddia edən D.Trampın 2000-ci ildə bir Playboy filmində rol aldığı ortaya çıxıb. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ mediası 70 yaşlı respublikaçı prezidentliyə namizəd Trampın "Video Centerfold" adlı bir Playboy filmində oynadığını ortaya çıxarıb. Playboy modellərinin rol aldığı erotik filmdə milyarder iş adamı Tramp özünü canlandırır. 

"Buzzfeed" xəbər saytının ortaya çıxardığı filmin baş rollarında məşhur Playboy modelləri olan əkiz bacılar Darlene və Carol Bernaolalar iştirak ediblər. Tramp bir neçə saniyə göründüyü filmdə Nyu-York küçələrində çəkilən bir səhnədə limuzinlə gələn Playboy qızlarını qarşılayır və Playboyun loqosu üzərində şampan partladır. 

Xatırladaq ki, bir gün öncə keçmiş kainat gözəli Alisia Maçado Trampı cinsiyyətçilik və qadın düşmənliyində ittiham edib. Prezidentliyə namizəd isə onun ünvanına "iyrənc" deyərək, seks kasetinin olduğunu iddia edib. Demokratların prezidentliyə namizədi Hillari Klinton isə Trampı "anormal" adlandıraraq, buna etirazını bildirib. 

Tramp "Tvitter" vasitəsilə paylaşdığı mesajlarında amerikalılardan  Alisia Maçadonun "şəxsi keçmişi" və "seks kassetləri" ilə bağlı araşdırma aparılmasını istəyib. "Associated Press" agentliyi isə araşdırıb ki, Trampın haqqında danışdığı "seks kasseti" əslində, A.Maçadonun İspaniyadakı bir realiti-şou proqramındakı görüntüləridir. Bu görüntülərdə kainat gözəli bir kişi yarışçı ilə eyni yataqda yer alıb.

Milli.Az


Tags:  Donald Trampın erotik filmə çəkildiyi ortaya çıxdı

RƏYLƏR


Top news