Cerrard: "Bunu başqa oyunçu vursaydı, dünya dəli olardı"

Cerrard: "Bunu başqa oyunçu vursaydı, dünya dəli olardı"
16:17 2 Oktyabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

"LA Galaxy"nin futbolçusu Stiven Cerrard keçmiş komanda yoldaşı Cordan Henderson barədə danışıb. Goal.az xəbər verir ki, "qırmızılar"ın eks-kapitanı bunları deyib:

"Tənqid futbolun bir hissəsidir. Vaxtilə məni də tənqid ediblər. Bəziləri Hendersonu yeni Pol Qaskoyn və ya Bobbi Mur hesab edir. Mənsə əminəm ki, onlar Cordanı olduğu kimi mühakimə etməlidirlər. Onun oyununa dəqiq qiymət vermək üçün başqa məsələlərə fikir vermək lazımdır. Henderson "Liverpool" və komanda yoldaşlarına nə fayda verir? O, hər oyun komponentini yaxşılaşdırmaq üçün səylə çalışır. "Stamford Bridge"də onun vurduğu qola baxın. Bunu başqa oyunçu vursaydı, dünya dəli olardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR