Şou göstərirdilər, çaya yıxıldılar, ikisi öldü

Şou göstərirdilər, çaya yıxıldılar, ikisi öldü
16:47 2 Oktyabr 2016
148 Dünya
Ölkə mətbuatı
A- A+

Çində şou zamanı 4 kəndirbaz böyük hündürlükdən çaya yıxılıb.

Çinin Sıçuan vilayətinin Pensi rayonunda sirk tamaşası vaxtı dörd kəndirbaz böyük hündürlükdən çaya düşüb.

Virtualaz.org Çin beynəlxalq radiosunun məlumatına istinadən xəbər verir ki, hadisə baş verdikdən dərhal sonra heç bir sığorta tədbiri görülmədən çıxış edən sirk ustalarından birini xilas etmək mümkün olub.

İki artistin cəsədi sudan çıxarılıb, daha bir kəndirbaz isə itkin düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR