Roma Papası: "Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm"

Roma Papası: "Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm"
17:17 2 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cənab sədr, hörmətli hökumət və diplomatik korpusun üzvləri, xanımlar və cənablar, Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm".

Trend-in məlumatına görə, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışında deyib.

O qeyd edib: "Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR