Səfər Əbiyevin yaxınları danışdılar: "O, geri dönəcək"

Səfər Əbiyevin yaxınları danışdılar: "O, geri dönəcək"
13:12 5 Yanvar 2015
171 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib.

"Qafqazinfo" xəbər verir ki, keçmiş nazirin yaxınlarından biri Turan-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: “Belə məlumatlar tamamilə əsassızdır. Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”.

Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.

“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.

S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə istinadla yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR