Prezident: "Qarabağ münaqişəsi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

Prezident: "Qarabağ münaqişəsi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
18:02 2 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
"Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.
"Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədlib ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyır. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanları dəhşətə gətirir. Bizim bütün tarixi dini abidələrimiz, məscidlərimiz, qəbirlərimiz Ermənistan tərəfindən dağıdılıb, muzeylərimiz talan edilib.
Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik, orada erməni dilində 5 mindən çox kitab saxlanılır. Baxın fərq bundan ibarətdir. O onların hərəkətləri, bu da bizim münasibətimiz.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, bu, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. BMT Təhlükəsizlik Şurası, dünyanın ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onun da bir milyon qaçqın-köçkün. O humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq ölkəmz- inkişaf edir".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/prezident-qarabag-munaqisesi-olkelerin-suverenliyi-ve-erazi-butovluyu-cercivesinde-hell-olunmalid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR