"Oyun 6:0 hesabıyla başa çatmalı idi"

"Oyun 6:0 hesabıyla başa çatmalı idi"
18:27 2 Oktyabr 2016
107 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United" İngiltərə Premyer Liqasının 7-ci turunda "Stoke City" ilə heç-heçə oynayıb - 1:1. Goal.az xəbər verir ki, matçdan sonra "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo rəqibin bəxtinin gətirdiyini bildirib.

"Bizim bu mövsümdəki ən yaxşı oyunumuz idi. Fasiləyə kimi 3 və ya 4 qol vurmalıydıq. Oyun isə 6:0 hesabıyla başa çatmalı idi. Amma nəticədə 1:1 hesabına razılaşmalı olduq. "Leicester City" ilə oyundan daha yaxşı çıxış etdik. Futbolçuların 6,7,8 real qol imkanı vardı. Bu komanda daha çox qol vurmaq istəyir. İlk dəqiqələrdən rəqibin qapıçısı yaxşı seyvlər etməyə başladı. Yaxşı oyun və pis nəticə. "Stoke City" futbolçuları hər oyunda olduğu kimi mübarizə apardılar. Onlar heç-heçə üçün gəlmişdi. Rəqibin bəxti gətirdi, amma şans futbolun bir hissəsidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR