Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İntihara cəhd edən məktəbli ilə bağlı RƏSMİ açıqlama

İntihara cəhd edən məktəbli ilə bağlı RƏSMİ açıqlama

Date: 2 October 2016 18:37

Abşeron Rayon Təhsil Şöbəsi intihara cəhd etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.

Şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

"Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər", - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahidin iki aldığına görə intihara cəhd etdiyi deyilir. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.

Milli.Az 


Tags:  İntihara cəhd edən məktəbli bağlı RƏSMİ açıqlama

RƏYLƏR


Top news