Avtomobilin şüşəsini sındırdı, təkərləri cırdı – BAKIDA

Avtomobilin şüşəsini sındırdı, təkərləri cırdı – BAKIDA
18:39 2 Oktyabr 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda özgənin əmlakını qəsdən məhv etmiş şəxs polis tərəfindən saxlanılıb. Lent.az-ın məlumatına görə, sentyabrın 26-da Neftçi  Qurban  küçəsi  14  ünvanında  1986-cı  il  təvəllüdlü Mustafayev  İlkin  Mehmanoviç Əliyev Faiq Gülağa oğluna məxsus “Tofaş” markalı, 90 UN 648  dövlət qeydiyyat nişanlı  avtomaşının  arxa  sol  qapısının  şüşəsini  sındırıb, arxa   təkərlərini  cırdığı  üçün saxlanılıb. 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan İlkin Mustafayev 8-ci Polis Bölməsinə təhvil verilib.

 

Araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR