Leyla Əliyeva “Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumunda yaradılmış əsərlərlə tanış olub

Leyla Əliyeva “Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumunda yaradılmış əsərlərlə tanış olub
18:42 2 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Leyla Əliyeva bibisi oğlunu belə təbrik etdi - FOTO (04 İyun 2017 23:03)
Leyla Əliyeva uşaqları belə sevindirdi - FOTO (02 İyun 2017 11:04)
Leyla Əliyeva 2 saylı uşaq evinin sakinlərini sevindirdi - FOTOLAR (02 İyun 2017 11:03)

Bakı. 2 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu oktyabrın 2-də başa çatıb.
"Report" xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.
Sentyabrın 24-dən başlayan tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edib.
Onlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar.
Heykəltəraşlar üçün mövzu məhdudiyyəti qoyulmayıb, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları “məhəbbət”, “həyat eşqi” və digər mövzularda əsərlər hazırlayıblar. Bu baxımdan Fərəc Rəhmanovun “Başlanğıc” (Kosmos), Həsən Haqverdiyevin “Obelisk”, Novruz Məmmədovun “Qıraqdan izləyən”, Tural Rzaquliyevin “Ritm”, “Əks olunan” (Azərbaycan), Miqel İslanın “NEKSUS” (İspaniya), Daniel Lüdviqin “Cütlük”, “Baş”, Beata Rostasın “Balans” (Macarıstan), Milena Mladenovanın “Quşadamlar” (Bolqarıstan), Françisko Xaviyer Astorqanın “Kral” (Meksika), Jahurul İslamın “Hindistan kralı”, “Alov” (Hindistan), Genadi Zakaraianın “Mənim Şərqim” (Gürcüstan), Saşo Sazdovskinin “Birləşmə” (Makedoniya), Janine Kortz-Vaintropun “Qıfıl” (Fransa), Cüzeppe Stranonun “Xaosun balansı N3” (İtaliya) əsərlərini qeyd etmək olar.
Heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.
Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.
Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey–heykəltəraşlıq parkının qurulması planlaşdırılır.
Xatırladaq ki, “Daşın nəğməsi” I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu VII “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTO

27 İyun 2017 21:37

DƏHŞƏT: 50 miqrant səhrada susuzluqdan öldü

27 İyun 2017 21:33

Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək

27 İyun 2017 21:32

Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?

27 İyun 2017 21:32

Sevgilisi ilə kurortda dincəlir - FOTO

27 İyun 2017 21:32

Arıqlamağın 10 sirri

27 İyun 2017 21:27

“Tanımadığı adam ona “eşşək” desə...” – GƏLƏCƏYİMİZİ TƏHLÜKƏDƏN QORUYAQ

27 İyun 2017 21:27

Bəşər Əsəd Rusiyaya məxsus aerodromu ziyarət edib -

27 İyun 2017 21:24

Meyvə suyunu ac qarınına içəndə nələr olur?

27 İyun 2017 21:17

Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir?

27 İyun 2017 21:12

Gənc aktrisa alış-verişə yollandı - FOTO

27 İyun 2017 21:05

Tacikistan Prezidenti bir gündə 50 mərasimdə iştirak edib

27 İyun 2017 21:05

Moskvada erməni iş adamı güllələnib

27 İyun 2017 21:05

Türkiyə daha 3 şəhid verdi

27 İyun 2017 21:04

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib -

27 İyun 2017 20:58

Cadu həqiqətdirsə, falçılar necə yalan ola bilər?

27 İyun 2017 20:57

Nəriman Nərimanovun ev muzeyi yenidən bərpa olundu

27 İyun 2017 20:54

“Fiorentina” satışa çıxarılıb

27 İyun 2017 20:52

Bakı-Qazax magistralında ağır qəza - FOTO

27 İyun 2017 20:52

Körpə uşaqlarda hidrosefaliya

27 İyun 2017 20:52

Ukraynaya irimiqyaslı kiberhücum - ÖLKƏ İFLİC OLDU

27 İyun 2017 20:52

“Rusiyada qul düşərgələri...”- ABŞ-dan ŞOK İTTİHAM

27 İyun 2017 20:48

Qarnımız niyə böyüyür?

27 İyun 2017 20:47

"Real"ın futbolçusu karyerasını Fransada davam etdirəcək

27 İyun 2017 20:45

Mehriban Əliyeva: Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq

27 İyun 2017 20:43

Dəstəmaz alan adama əlinə su tökərək kömək etmək olarmı?

27 İyun 2017 20:42

Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO

27 İyun 2017 20:37

Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb

27 İyun 2017 20:37

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

27 İyun 2017 20:37

Məşhur klub satışa çıxarıldı

27 İyun 2017 20:34

Türkiyədə bayram günləri faciəsi - 64 nəfər öldü

27 İyun 2017 20:33

İnstagram-da hər gözəli cazibədar saymayın - FOTO

27 İyun 2017 20:32

Tramp ABŞ-ın imicinə zərbə vurub -

27 İyun 2017 20:24

“Mehmetcik”ə XAİN PUSQU: 3 şəhid

27 İyun 2017 20:23

Xurmanın insan orqanizmində yaratdığı möcüzələr

27 İyun 2017 20:22

Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO

27 İyun 2017 20:17

Şirin badam yağının faydaları

27 İyun 2017 20:17

Bakıda avtobus sürücüsü qaydaları eyninə almadı - VİDEO

27 İyun 2017 20:12

Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO

27 İyun 2017 20:12

Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO

27 İyun 2017 20:12

Süni mayalanmada hansı risklər ola bilər

27 İyun 2017 20:12

Küçə ticarəti bu yolları iflic edib - VİDEO

27 İyun 2017 20:12

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

27 İyun 2017 20:07

Sahildə erotik sessiyaya çəkildi - FOTO

27 İyun 2017 20:05

Satılan mənzillərin 30 faizinin sənədi yoxdur - VİDEO

27 İyun 2017 20:05

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

27 İyun 2017 20:05

Senator: "ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək"

27 İyun 2017 20:03

Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb -

27 İyun 2017 19:58

Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

27 İyun 2017 19:57

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

27 İyun 2017 19:53