Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Leyla Əliyeva beynəlxalq "Daşın nəğməsi" heykəltəraşlıq simpoziumunda - FOTO

Leyla Əliyeva beynəlxalq "Daşın nəğməsi" heykəltəraşlıq simpoziumunda - FOTO

Leyla Əliyeva xalq artistini təbrik etdi - FOTO (13 Mart 2017 11:43)
Leyla Əliyeva xalq artistini təbrik etdi (12 Mart 2017 23:54)
Leyla Əliyeva çağırış etdi (20 Fevral 2017 10:37)

Tarix: 2 Oktyabr 2016 18:47

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən "Daşın nəğməsi" (Music in Stone) I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu oktyabrın 2-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.

Sentyabrın 24-dən başlayan tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edib.

Onlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar.

Heykəltəraşlar üçün mövzu məhdudiyyəti qoyulmayıb, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları "məhəbbət", "həyat eşqi" və digər mövzularda əsərlər hazırlayıblar. Bu baxımdan Fərəc Rəhmanovun "Başlanğıc" (Kosmos), Həsən Haqverdiyevin "Obelisk", Novruz Məmmədovun "Qıraqdan izləyən", Tural Rzaquliyevin "Ritm", "Əks olunan" (Azərbaycan), Miqel İslanın "NEKSUS" (İspaniya), Daniel Lüdviqin "Cütlük", "Baş", Beata Rostasın "Balans" (Macarıstan), Milena Mladenovanın "Quşadamlar" (Bolqarıstan), Françisko Xaviyer Astorqanın "Kral" (Meksika), Jahurul İslamın "Hindistan kralı", "Alov" (Hindistan), Genadi Zakaraianın "Mənim Şərqim" (Gürcüstan), Saşo Sazdovskinin "Birləşmə" (Makedoniya), Janine Kortz-Vaintropun "Qıfıl" (Fransa), Cüzeppe Stranonun "Xaosun balansı N3" (İtaliya) əsərlərini qeyd etmək olar.

Heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.

Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey-heykəltəraşlıq parkının qurulması planlaşdırılır.

Xatırladaq ki, "Daşın nəğməsi" I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu VII "Qız qalası" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunub.

Milli.Az






Teqlər:  Leyla Əliyeva beynəlxalq Daşın nəğməsi heykəltəraşlıq simpoziumunda FOTO



RƏYLƏR


Top xəbərlər