Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kosta fantastik çıxış edir"

"Kosta fantastik çıxış edir"

Date: 2 October 2016 20:32

"Chelsea"nın baş məşqçisi Antonio Konte "Hull City" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı az qala hər tur qol vuran Dieqo Kostanı tərifləyib: "Kosta fantastik çıxış edir. Artıq indidən 6 qolu var və hər oyunda qol vuracağını düşünürəm. Sadəcə vurduğu qollarla deyil, həm də komandaya verdiyi xeyr də vacibdir. Villian və Hazard ikilisinin çıxışı da xoşuma gəldi. Bir çox qol epizodu hazırladılar və doğru, eləcə də ən yaxşı şəkildə çıxış etdilər".

Qeyd edək ki, "Chelsea" "Hull City"yə Villian və Kostanın qolları ilə 2:0 məğlubiyyətə uğradıb.

Milli.Az


Tags:  Kosta fantastik çıxış edir

RƏYLƏR


Top news