Suriyadan Türkiyənin Kilis şəhərinə üç mərmi atılıb

Suriyadan Türkiyənin Kilis şəhərinə üç mərmi atılıb
20:47 2 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri  atəşə tutulub.

APA-nın "Anadolu" agentliyinə  istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb.
 
Məlumata görə, mərmilər boş əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. Öz növbəsində, Türkiyə ordusu buna cavab olaraq, raketlərin atıldığı istiqaməti artilleriya atəşinə tutub.
 
Qeyd edək ki, yanvar ayından  etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 20-dən çox dinc sakin ölüb, onlarla insan yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR