Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident: "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir"

Prezident: "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir"

DTX: Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub (03 Mart 2017 14:08)
Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir” (03 Mart 2017 13:27)
DQİDK-nin sədr müavini: “Daha çox yerli müəlliflərin kitablarına üstünlük verilməlidir” (03 Mart 2017 12:42)

Tarix: 2 Oktyabr 2016 20:47

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir".
"Report" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı Azərbaycanda savadlılıq səviyyəsinin təxminən yüz faiz olduğunu diqqətə çatdırıb:
"Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük, təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən yüz faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir".
O qey edib ki, "Azərbaycan zəngin mədəni irsə malikdir və bu, bizim cəmiyyətimizin əsasıdır. Biz milli mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir".

Teqlər:  Prezident Savadlılıq ekstremizmə radikalizmə nadanlığa qarşı səddir



RƏYLƏR


Top xəbərlər