Kamran Ağayev Portuqaliyada penaltini dəf etdi

Kamran Ağayev Portuqaliyada penaltini dəf etdi
21:37 2 Oktyabr 2016
501 İdman
Ölkə mətbuatı
A- A+

Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirir. Fanat.Az xəbər verir ki, "Boavişta"nın formasını geyinən qolkiper "Moreyrense" ilə matçın start heyətinə yer alıb.


Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə "Boavişta"nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Robertonun zərbəsini dəf edərək komandasını xilas edib. "Boavişta" bundan 4 dəqiqə sonra Roşa Lukasın qoluna sevinib.


Qeyd edək ki, hazırda matçın birinci hissəsi oynanılır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayev-portuqaliyada-penaltini-df-etdi-t53029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR