"Bəzən onun xarakterindən narazı oluram" - Qurban Qurbanov

"Bəzən onun xarakterindən narazı oluram" -   Qurban Qurbanov
21:37 2 Oktyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VII turu başa çatıb. Fanat.Az xəbər verir ki, ilk dövrənin son oyununda "Qəbələ"nin qonağı olan "Qarabağ" 0:2 hesabı ilə yenilib. 


Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:


- Rəqibi təbrik edirəm. Yaxşı qələbə qazandılar. Maraqlı oyun alındı. Avroliqa matçlarından seçilmirdi. Çətin oyun keçdi. Üstün tərəf "Qəbələ" oldu. 3 səfər oyununun ağır olacağını bilirdik. Əvvəl "Kəpəz", sonra "Fiorentina", indi də "Qəbələ".


- "Qarabağ" bu gün nədə bəğlub oldu?

- Görünən odu ki, ilk dəqiqələrdə oyuna köklənə bilmədik. Bilirdik ki, rəqib pressinq tətbiq edəcək. Alınmadı bu gün.


- Əfran İsmayılovla Rəşad Sadıqovun yoxluğu heyətlə bağlı planlarınızı pozdu?

- Əlbəttə, təsiri oldu. Amma onların zədəsi varı. Ona görə oynada bilmədik.


- Komanda 3 oyundu istədiyiniz kimi çıxış edə bilmir. Qarşıdakı fasilə işinizə yarayacaq?

- Əksinə, oyunçularımız milli komandalara gedəcək. Tam heyətlə məşq edə bilməyəcəyik.


- Dino Ndlovu və Vüqar Nadirov barəsində indi nə düşünürsüz? Artıq çəki yoxdu ki?

- Dino qaydasındadı. Vüqar da hələlik əvəzedici heyətdə çıxış edir, bizimlədi. Daha da yaxşı olacaq.


- Luis Saha "Qarabağ"ın düşərgəsinə nə məqsədlə gəlmişdi?

- Saha və dostunun  "Azərsun" şirkətində tanışları var. Adi bir ziyarət idi. O, federasiyanın dəvəti ilə Bakıda idi.


- Əvvələr belə oyunlarda Reynaldo ön planda olardı. Bu gün onun ehtiyatda oturması son zamanlar yaxşı çıxış etməməsi ilə bağlıydı?

- Xeyr, İtaliyadakı oyundan sonra yorğun idi. Ona görə ehtiyatda qalmışdı. Həm də düşünürdük ki, əvəzetmədən daxil olsa, da daha faydalı olar.


- "Fiorentina" ilə oyundan əvvəl də, sonra da Elvin Yunuszadə tənqid olundu. Bununla razısınız?

- Elvin heç də pis təsir bağışlamır. Açığı, bəzən onun xarakterindən narazı oluram. Bu tənqidlər ona müsbət təsir etməlidi. Özəl həyatında da daha diqqətli olmalıdı. Məni də tənqid edirdilər. Çalışıram onu başa salam. 


- Adətən, futbolçular tənqidlə üzləşəndə özünü yaxşı hiss etmir. Klubda psixoloq var?

- Bəli, var. Mənəm. Özüm də futbol oynamışam, təcrübəm var. Oyunçularla necə danışmaq lazım olduğun bilirəm.


- Ötən mövsüm Mahir Mədətovun xarakterindən şikayətlənmişdiz. İndi fərq varmı?

- Elə insan var ki, onun xarakterində hər gün fərq olur. Tədricən qaydasına düşür. Bir ay əvvəlki Mahirlə indiki arasında fərq var. Bir az zəifləyib. Görünür futbol barədə az düşünür.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbzn-onun-xarakterindn-naraz-oluramquot-t53028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR