Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb

Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb
21:52 2 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Aİ: Dağlıq Qarabağdakı status-kvo möhkəm deyil (25 May 2017 21:38)
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" - (25 May 2017 21:20)
Azərbaycanın əməkdar jurnalisti "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub (25 May 2017 16:27)

"Qoy Azərbaycan digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin!"

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin".
"Report" xəbər verir ki, bu sözləri oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində çıxışı zamanı Roma Papası Fransisk deyib.
Azərbaycana səfər etməkdən olduqca şad olduğunu bildirən Papa Bakıda səmimi qəbula görə minnətdarlığı ifadə edib:
"Azərbaycana səfər etməkdən olduqca şadam və Xəzər dənizinin sahillərinə açılan ölkənin paytaxtında – bu şəhərdə səmimi qəbulunuza görə Sizə minnətdarlığımı bildirirəm. Bu görüşün keçirildiyi tam yeni bu bina və digər yeni binaların sayəsində şəhərin siması tamamilə dəyişib.
Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm. Qarşıdan gələn 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu tarix ölkənin həmin onilliklər ərzində yaşadığı hadisələrə, əldə etdiyi nailiyyətlərə və üzləşdiyi problemlərə birgə nəzər salmaq fürsətini yaradır.
Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir.
Fərqlər arasında ahəngdarlığın yaradılması məqsədilə bu birgə səylər hazırkı dövrdə xüsusi əhəmiyyət daşıyır, çünki digər düşüncə və fikir sahiblərinin hüquqlarını pozmayaraq, öz ideya və fikirlərinin bərqərar olmasının mümkünlüyünü göstərir. Hər bir etnik və ideoloji mənsubiyyət digər dini yol kimi zorakılıq və hökmranlıq istəklərini qanuniləşdirmək məqsədilə öz fikirlərini, özünəməxsusluğunu və ya Tanrının adını sui-istifadə edən davranış və konsepsiyaları yalnız və yalnız istisna edə bilər".
Papa təəssüf hissi ilə qeyd edib ki, bu gün dünyada dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə qızışdırılan, zəif təbəqələrin hüquqlarının inkar edilməsindən irəli gələn çoxsaylı münaqişələrin faciəsi yaşanır:
"Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Qoy, hər zaman ahəngdarlıq və sülh şəraitində yan-yana yaşama ümumi rifaha hər kəsin töhfə vermək imkanını təmin edərək, çoxsaylı sahələrdə ölkənin sosial və vətəndaş həyatını canlandırsın.
Əfsuslar olsun ki, dünya dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə qızışdırılan, zəif təbəqələrin hüquqlarının inkar edilməsindən irəli gələn çoxsaylı münaqişələr faciəsini yaşayır. Bu cür təhlükəli meyillərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməliyik, çünki o, dialoq və hörmətin daimi varlığından qaynaqlanır. Çünki razılıq doğuran həll variantlarına, etibarlı yollara və daimi əlaqələrə, səbrə alternativ yoxdur.
Bir millət daxilində müxtəlif komponentlər arasında ahəngdarlığın təşviq olunmasını labüd hesab edərək, dövlətlər arasında da əsl tərəqqiyə və xalqların azadlığına aparan yolu müdrikliklə, cəsarətlə keçmək və davamlı razılığa, sülhə yol açan vasitələri öyrənmək vacibdir. Xalqları aradan qaldırılması çətin olan ağır əziyyətlərdən, ağrılı çətinliklərdən bu cür qorumaq olar.
Bu ölkəyə gəldikdə, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin".
Fransisk çıxışı zamanı Azərbaycanda katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından məmnunluğunu ifadə edib:
"Davamçıları ölkədə sayca az olan Katolik Kilsəsi Azərbaycanın vətəndaş və sosial həyatına qovuşur, sevincini bölüşür və çətinliklərin aradan qaldırılmasında iştirak edir. 2011-ci ildə Müqəddəs Taxt-Tacla beynəlxalq sazişin ratifikasiyasından sonra Kilsənin hüquqi şəxs kimi tanınması Azərbaycanda katolik icmasının həyatının sabit olması üçün normativ əsası yaratdı.
Bununla yanaşı, katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər sülh şəraitində yan-yana yaşama və dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür.
Əsl dini dəyərlərə bağlılıq hər şeydən əvvəl Tanrının müqəddəs adından istifadə edərək, zorakılıqla öz baxışlarını digər şəxslərə qəbul etdirmək cəhdinə tam ziddir. Tanrıya inam cəmiyyətin ümumi rifahına xidmət edən qarşılıqlı anlaşmaya və hörmətə, qarşılıqlı yardıma sövq edən əsl mənbədir.
Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi

26 May 2017 07:42

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 07:37

Filippində 5,4 bal gücündə zəlzələ olub

26 May 2017 07:36

Cocuq Mərcanlıda 1063 qəlpə tapılıb - FOTO

26 May 2017 07:32

Onlar həm Oyunların qəlbi, həm də bəzəyi oldular - KÖNÜLLÜLƏR - FOTO

26 May 2017 07:22

Məryəmin gözləmədiyi oldu: onunla üz-üzə gəldi - FOTO

26 May 2017 07:17

"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"

26 May 2017 07:12

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

26 May 2017 07:05

Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb

26 May 2017 06:57

Məşhur analar və onların övladları - VİDEO - FOTO

26 May 2017 06:32

Koalisiya Suriyanın qərbinə hava zərbələri endirib: 35 dinc sakin həlak olub

26 May 2017 06:15

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03