Əfqanıstanda 24 silahlı məhv edilib

Əfqanıstanda 24 silahlı məhv edilib
23:12 2 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Son iki sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 silahlı məhv edilib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat ölkənin Qilmend əyalətində  keçirilib.
 
Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.
 
Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. Ölkədə "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR