Liviyada hollandiyalı jurnalist öldürülüb

Liviyada hollandiyalı jurnalist öldürülüb
23:27 2 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyanın Sirt şəhərində hollandiyalı jurnalist öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Niderlanddan olan jurnalist şəhərdə baş verən döyüşləri işıqlandırdığı zaman həlak olub.
 
"Bu gün bir hollandiyalı jurnalist İŞİD snayperinin gülləsinə tuş gəlib. O, sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib", deyə Misrata şəhər xəstəxanasının nümayəndəsi bildirib.
 
Liviyanın Sirt şəhəri 2015-ci ildən İŞİD silahlılarının nəzarəti altındadır. May ayından şəhər uğrunda terrorçular və Liviya ordusu arasında şiddətli döyüşlər gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR