FHN ağır qəza ilə bağlı məlumat yaydı

FHN ağır qəza ilə bağlı məlumat yaydı
23:39 2 Oktyabr 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi oktyabrın 2-də Siyəzəndə  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba magistral avtomobil yolunun 118-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “VAZ” və “AZSAMAND” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində “AZSAMAND” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:48-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR