FHN baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
23:42 2 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba magistral avtomobil yolunun 118-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "VAZ" və "AZSAMAND" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində "AZSAMAND" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:48-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR