Kamran Ağayev penalti dəf edərək "Boavişta"nın qələbəsində pay sahibi olub

Kamran Ağayev penalti dəf edərək "Boavişta"nın qələbəsində pay sahibi olub
23:47 2 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün "Boavişta"nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb.
"Report"un məlumatına görə, 30 yaşlı qolkiper VII tur matçında "Moreyrense" ilə ev qarşılaşmasında forma geyinib.
Baş məşqçi Ervin Sançes onu start heyətinə daxil edib. Bu, Ağayevin "Boavişta"da ikinci rəsmi matçı olub. İlk görüşündə təcrübəli qapıçı "Portu"ya 1:3 hesablı məğlubiyyət acısı dadıb. Üstəlik, o, rəqibin 3-cü qolu zamanı kobud səhvə yol verərək, topu sadə vəziyyətdə əlindən buraxıb.
Bu səhvindən sonra çoxları baş məşqçinin Ağayevə bir daha şans verməyəcəyini düşünsə də, Sançes bir səhvə görə qapıçını günahlandırmağı düzgün saymayıb və "çərçivə"ni yenə ona həvalə edib. Boliviyalı mütəxəssis seçimində yanılmayıb və Kamran onun etimadını doğruldub. 26-cı dəqiqədə qonaqların futbolçusu Robertu azərbaycanlı qapıçı ilə penalti duelindən məğlub ayrılıb. Kamran onun zərbəsini qaytara bilib. "Boavişta" bundan 4 dəqiqə sonra hesabı açıb və ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. Bu, Ağayevin "Boavişta"da ilk qələbəsi olub.
Azərbaycan millisinin digər üzvü Emin Mahmudov isə yenə 18 nəfərlik heyətdən kənarda qalıb.
Qeyd edək ki, hazırda "Boavişta" 8 xalla 13-cü pillədə qərarlaşıb.
Portuqaliya çempionatı, VII tur
21:00. "Boavişta" - "Moreyrense" - 2:0
Qollar: Roça Lukas, 30, İdris, 86


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kamran-agayev-penalti-def-ederek-boavista-nin-qelebesinde-pay-sahibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR