Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda Məhərrəmlik başlayıb

Azərbaycanda Məhərrəmlik başlayıb

Date: 3 October 2016 00:47

Azərbaycanda Məhərrəm ayı başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.

Fətvada Məhərrəm ayının 10-nun - Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.
 
Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
 
Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Milli.Az


Tags:  Azərbaycanda Məhərrəmlik başlayıb

RƏYLƏR


Top news