Kəsmikli alma piroqu

Kəsmikli alma piroqu
07:05 3 Oktyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kəsmikli alma piroqunun hazırlanma qaydasını təqdim edir 

Tərkibi:

300 q un

200 q kərə yağı 

100 q şəkər pudrası

2 q vanil

400 q kəsmik

40 q mannı yarması

2 yumurta

50 ml xama

75 q şəkər tozu

2 alma

Şəkərli xəmir: unu şəkər pudrası və vanillə qarışdırıb, yumşaldılmış yağ əlavə edin, əvvəl ovub, sonra 1 x.q. soyuq su əlavə edərək yoğurun. Kündələyib soyuducuda 20 dəqiqə saxlayın. 

Sonra çıxarıb yayın, perqament döşənmiş, yağlanmış formaya qoyun. 

Yumurta, kəsmik, şəkər tozu, mannı və xamanı qarışdırın, xəmirin üzərinə yayın. 

Almaları nazik, fal-fal doğrayıb kəsmikli qarışığın içinə düzün. 

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. (Sobadan asılı olaraq bu müddət az və ya çox ola bilər). 

Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə, nanə yarpaqları ilə bəzəyə bilərsiniz.  

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/475100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR