Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib

Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib

"Almeyda milliləşdisə, vəssalam..." (14 Mart 2017 13:22)
"Azərbaycan millisində oynamaq istəyirəm" - Türk futbolçu (14 Mart 2017 10:27)
Riçard Almeyda Azərbaycan millisində oynayacaq (28 Fevral 2017 11:44)

Tarix: 3 Oktyabr 2016 07:07

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Reynaldo Silva Azərbaycan milli komandasında çıxış etmə şanslarını dəyərləndirib.
"Report"un məlumatına görə, braziliyalı hücumçu hazırda əvvəlki formasını bərpa etmək üzərində çalışdığını bildirib.
O, Azərbaycanda gördüyü münasibətdən razılıq ifadə edib:
"Azərbaycanda hamı mənə qarşı olduqca yaxşı davranır. Bu ölkədə yaşamağı xoşlayıram. Amma mənim üçün ilkin hədəf daha çox məşqlə əvvəlki formamı bərpa etməkdən, daha sonra oyunlarda özümü yaxşı tərəfdən göstərməkdən ibarətdir. Bunlardan sonra belə bir şans yaranarsa, təklifdən məmnun olaram. Nəyə görə də Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?".
Qeyd edək ki, FİFA qaydalarına əsasən, əcnəbi oyunçu başqa ölkənin yığmasında oynamaq üçün həmin ölkədə azı 5 il yaşamalıdır. Reynaldo "Qarabağ"a 2013-cü ilin fevralında transfer olunub.

Teqlər:  Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib



RƏYLƏR


Top xəbərlər