Baş məşqçi oyundan sonra xəstəxanaya yerləşdirildi

Baş məşqçi oyundan sonra xəstəxanaya yerləşdirildi
09:27 3 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Osasuna" futbol klubunun baş məşqçisi Enrike Martin La-Liqada "Las-Palmas"la keçirilən oyundan (2:2) sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Altımış yaşlı mütəxəssis oyunun əvvəlində özünü pis hiss edib. Onun gözlənilmədən arterial təzyiqi artıb, lakin komandanın həkimləri məşqçiyə lazımi yardımı göstərə biliblər. Oyundan sonra ispaniyalı mütəxəssis xəstəxanaya yerləşdirilib və orada müayinədən keçdikdən sonra evə buraxılıb.

Martin "Osasuna" 2015-ci ilin may ayında baş məşqçi təyin olunub və komandanı İspaniyanın güclü divizionuna çıxarmağı bacarıb. Hazırda onun klubu ölkə çempionatında 3 xal ilə 19-cu yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR