"Azərbaycan Sənaye Sığorta"ya məxsus sığorta şəhadətnamələri itib

"Azərbaycan Sənaye Sığorta"ya məxsus sığorta şəhadətnamələri itib
09:32 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) adından buraxılmış 497 sığorta şəhadətnaməsi itirilib. 
"Report" xəbər verir ki, bu barədə rəsmi mərtbuatda məlumat verilib.
Məlumata görə, bunlardan 428-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 69-u isə daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır.
İtirilmiş şəhadətnamələr etibarsız sayılır və gələcəkdə ASS üçün heç bir hüquqi nəticə yaratmır.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-senaye-sigorta-ya-mexsus-sigorta-sehadetnameleri-itib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR