Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İran DİN başçısı bu gün Azərbaycana gələcək

İran DİN başçısı bu gün Azərbaycana gələcək

Date: 3 October 2016 09:37

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.
"Report" "Mehr"ə istinadən xəbər verir ki, səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.
İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinparast bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.
Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

Tags:  İran DİN başçısı bu gün Azərbaycana gələcək


RƏYLƏR


Top news