Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən məşhur erməni qadın qarət olundu - FOTO

Ən məşhur erməni qadın qarət olundu - FOTO

Date: 3 October 2016 09:47

ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış model Kim Kardaşyan Parisdə qarət olunub.

Milli.Az CNN-ə istinadən bildirir ki, Kardaşyan Parisdə qaldığı " The Peninsula Hotel"in nömrəsində üzlərində maska olan iki şəxs tərəfindən silahla hədələnib, daha sonra girov götürülüb və qarətə məruz qalıb.

Maskalı şəxslər polis forması geyinmişdilər.

35 yaşlı K.Kardaşyanın menecerinin dediyinə görə, model şokda olsa da, xəsarət almayıb.

Parisdə keçirilən "Paris Fashion Week"ə yollanmış K.Kardaşyanın əri, reper Kanye Uest Nyu-Yorkdakı "Midows" festivalında çıxışını yarımçıq qoyub.

"Ailəmlə bağlı fövqəladə hadisə baş verib. Dərhal ailəmin yanına yollanmalıyam. Bağışlayın!" - Kanye Uest deyib və səhnəni tərk edib.

Paris polisindən verilən məlumata görə, naməlum şəxslər Kardaşyanın 3 milyon dollar dəyərində zinət əşyalarını aparıblar.

Milli.Az






















Tags:  məşhur erməni qadın qarət olundu FOTO

RƏYLƏR


Top news