Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sərnişin təyyarəyə civə keçirib, Almatı hava limanından 6 istiqamətə uçuş təxirə salınıb

Sərnişin təyyarəyə civə keçirib, Almatı hava limanından 6 istiqamətə uçuş təxirə salınıb

Təyyarədə ilan şoku (24 Mart 2017 19:17)
Parisdə hava limanında atışma: Sərnişinlər təxliyyə edilir (18 Mart 2017 12:37)
ABŞ-da qar fırtınası: (14 Mart 2017 23:14)

Tarix: 3 Oktyabr 2016 10:12

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub.
Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: "Almatı-Tbilisi istiqamətinə uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub".  

Teqlər:  Sərnişin təyyarəyə civə keçirib Almatı hava limanından istiqamətə uçuş təxirə salınıb



RƏYLƏR


Top xəbərlər