Azərbaycanda icbari avtosığorta bazarı sentyabrda 2% artıb

Azərbaycanda icbari avtosığorta bazarı sentyabrda 2% artıb
10:12 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb. Məlumata görə, bunun 10 625-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 
Bu barədə “Report”a İSB-dən məlumat verilib.
Sentyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub.
Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.
Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81,4 manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-icbari-avtosigorta-bazari-sentybarda-2-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR