Generalın oğluna yeni vəzifə verildi

Generalın oğluna yeni vəzifə verildi
10:12 3 Oktyabr 2016
376 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U.Şirinovun yerinə isə hələlik təyinat yoxdur.
 
Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U.Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR