Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Robot cərrahlar üçün əks-əlaqəyə malik taktil sistemi yaradılıb

Robot cərrahlar üçün əks-əlaqəyə malik taktil sistemi yaradılıb

Date: 3 October 2016 10:35

Dikin və Harvard universitetlərinin alimləri tərəfindən hazırlanmış “HeroSurg” sistemi cərrahları robotların köməyi ilə əməliyyatlar zamanı taktil hisslərlə təmin edəcək.

Harvard Universiteti və Avstraliyanın Dikin Universitetinin alimləri tərəfindən hazırlanmış “HeroSurg” adlı yeni sistem cərrahları robotların köməyi ilə innovativ əməliyyatlar keçirən zaman əks-əlaqə ilə təmin edəcək. Yeni sistem taktil hisslərin təmini texnologiyasından başqa, robot cərrahların səhv hərəkət etməsinin qarşısını alacaq ki, bu da avtomatlaşdırılmış cərrahlığı daha təhlükəsiz və səmərəli edəcək.

“HeroSurg” istehsalçılar tərəfindən robot cərrahlar üçün əks-əlaqəyə malik  taktil sistem kimi təsvir edilir. Sistemə qurulmuş sensorlar cərrahın robota təsir gücünü hiss etməyə və onun əllərinin təhlükəli hərəkətlərinə vaxtında reaksiya verməyə imkan verir. “HeroSurg” sisteminin yaradıcıları bildiriblər ki, yeni həll pasiyentlərin toxumalarına virtual səviyyədə toxunmağa imkan verəcək.

Yeni sistem şişlərin növünü müəyyənləşdirmək üçün cərrahlara toxuma sərtliyini ayırd etməyə kömək edəcək. Qeyd edək ki, indiyədək bunu avtomatlaşdırılmış cərrahlıq çərçivəsində etmək mümkün olmamışdı.

Qurğu, həmçinin əməliyyat yerindən “3D” təsvirlərin əldə edilməsinə imkan verir. Bundan başqa, “HeroSurg” sistemi modulyar konstruksiyaya malikdir, belə ki, qarşıdakı əməliyyata uyğun olaraq ayrı-ayrı detalları əvəz etmək mümkündür.

Emil Hüseynov


Tags:  Robot cərrahlar əks-əlaqəyə malik taktil sistemi yaradılıb



RƏYLƏR


Top news