Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qıza dərman içirdib yatırtdıqdan sonra zorladı

Qıza dərman içirdib yatırtdıqdan sonra zorladı

Date: 3 October 2016 10:42

İstanbulun Şişli bölgəsində 28 yaşlı A.T.-nin evində girov saxladığı qız tanışı - 23 yaşlı E.M. evdən qaçaraq polisə gedib. Universitet tələbəsi E.M., dərman içirdildikdən sonra təcavüz edildiyini söyləyincə polis evə basqın edib.

Milli.Az Sabah-a istinadən bildirir ki, polisləri görən A.T., ülgüc və bıçaqla özünə zərər verəcəyini söyləyib, polislərə əlindəki çəkici göstərərək "Özümü kəsərəm, sizi də vuraram. Yaxınlaşmayın" deyib.

Əraziya polis, səhiyyə və xilasetmə qrupları çağırılıb. Bibər qazıyla zərərsizləşdirilib xəstəxanaya aparılan təqsirkar nəzarətə alınıb. Bədənində çoxlu kəsilmiş-deşilmiş yaralar olan A.T. xəstəxanada müalicə edilir. Şübhəlinin müalicəsinin ardından təkrar nəzarətə alınacağı bildirilir.

Təhməz Təkin
Milli.Az


Tags:  Qıza dərman içirdib yatırtdıqdan sonra zorladı

RƏYLƏR


Top news